Ermənistanda insanlar İrəvan-Sevan (Göyçə) yolunu
bağlayaraq, etiraz edirlər.
Publika.az xəbər verir ki, Sevan polisinin rəis müavini
Tatula Qevorkyan, həmçinin, digər polis əməkdaşları Vaaqna
Mikaelyan və Saak Davtyan işəngəc vermək və kriminal keçmişə malik
olmaq ittihamı ilə həbs olunub.
Polislərin qohumları İrəvan-Sevan yolunu bağlayaraq, onların azad
edilməsini tələb edir.
Etirazçılar yolu açmaq tələblərinə əməl etməyiblər. Bundan sonra
onlarla polis arasında qarşıdurma baş verib. Həmçinin, bağlı yolda
qalan digər vətəndaşlar da etieazçılara narazılıq edib.
Hazırda yolda gərginlik davam edir. Məlumata görə, hadisə yerinə
Ermənistan baş nazirinin müavini Tirqan Avinyan gəlib. Lakin
danışıqlar hələki heç bir nəticə vermir.
Asif