Prezident İlham Əliyev Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzaladığını xəbər vermişdik. Təltif edilənlər arasında “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də var.
Publika.az-a açıqlama verən Tanrıverdi Mustafayev bildirib ki, bu tərəqqi medalı yalnız onun deyil bütün "Azərişıq" kollektivinin uğurudur:
"Sizin vasitənizlə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. "Azərişığ"ın rəhbərliyi ilə 12 ildir vətəndaşlarımız üçün çalışırıq. Bizə olan etimadı doğrultmağa çalışmışıq, hər zaman da çalışacayıq. Bütün energetikləri, enerji sahəsində çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Bu hər birimizin uğurudur. Ümid edirəm gələcəkdə də fəaliyyətimizdə daha böyük uğurlara imza atacayıq".
Qeyd edək ki, Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də
Qərbi Azərbaycanın Gölkənd kəndində anadan olub. 1987-ci ilin
oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun
aspiranturasına daxil olub. 1991-ci ildə aspiranturanı bitirib və
biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1997-ci ildə Moldova
prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə
heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb.
1998-ci ildə Moldova - Türkiyə hökumətlərarası iqtisadi, mədəni,
elmi əlaqələr komissiyasının üzvü olub. 2001-ci ilin noyabrına
qədər həmin vəzifədə çalışıb.
2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya
Azərbaycanlılarının I Qurultayında iştirak edib. 2002-ci ilin
əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib. 2002-ci ilin fevral
ayından “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
Hazırda da “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir.
Könül Cəfərli