Türkiyənin İzmir şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir. Vaşinqton Suriya prezidenti Bəşər Əsədin vəzifədə saxlanılması imkanlarını nəzərdən keçirir. Suriyanın Hələb şəhərində rejimə bağlı “Şebbiha” gücləri ilə İran tərəfindən nəzarət edilən şiə döyüşçülər arasında silahlı qarşıdurma baş verib.

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Vaşinqton Suriya Prezidenti Bəşər Əsədin vəzifədə saxlanılması imkanlarını nəzərdən keçirir. Bu barədə məlumatı NBC yayıb. Vaşinqtonun ərəb dövləti üçün xüsusi keçid planı hazırladığı iddia edilib.

“Vaşinqton İranı Suriya ərazisindən siyasi və diplomatik rıçaqlar vasitəsilə çıxarmaqda maraqlıdır. Amerikalı analitiklərin fikrincə, bu, gələcəkdə ABŞ-la İran arasında açıq hərbi toqquşma riskini azaldacaq”.

Suriyanın Hələb şəhərində rejimə bağlı “Şebbiha” gücləri ilə İran tərəfindən nəzarət edilən şiə döyüşçülər arasında silahlı qarşıdurma baş verib. Qarət və təsir sahələrinin bölüşdürülməsi məsələləri üzrə anlaşılmazlıqla başlayan qarşıdurmada hər iki tərəfdən 85 nəfər ölüb, 110 nəfər yaralanıb.

Suriya ordusunun qarşıdurmaya müdaxilə etmədiyi bildirilir. Azad Suriya Ordusunun tərkibində yer alan “Ceyş-ul Mücahid” qruplaşmasının keçmiş sözçüsü Zəkəriyyə Mollahafçı Hələbdə davam edən qarşıdurmaları İranla Rusiya arasındakı nüfuz mübarizəsi adlandırıb.

İstanbulda oktyabrın 27-də Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçiriləcək. Bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel Suriyadakı vəziyyəti ətraflı müzakirə edəcək, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə edəcəklər.

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətli (Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda yoxa çıxan jurnalistlə bağlı bütün versiyalar onun öldürülməsi ilə bağlıdır – red.) üzrə məsuliyyəti vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yüksək vəzifəli məsləhətçilərindən biri, kəşfiyyat səlahiyyətlisi general Əhməd əl-Assirinin üzərinə atmağa hazırlaşır. Bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

Qaşıqçının qatili bu GENERAL İMİŞ - Dünyanı sarsıdan ŞOK İDDİA - FOTO