Türkiyənin "Qalatasaray" klubu da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı İstanbul klubunun rəsmi "Feysbuk" səhifəsində yazılıb:
"Azərbaycan Cümhuriyyətinin müstəqillik günü mübarək olsun. Yorulmadan yaşa Azərbaycan!"

Qeyd edək ki, bu gün "Beşiktaş", "Fənərbaxça" və "Trabzonspor" da Azərbaycanın Dövlət Müstəqilliyi  günü münasibəti ilə xalqımızı təbrik edib.

Milli.Az