“Ermənistanın yeni hökuməti əraziləri Azərbaycana
qaytarmağa hazırdır”.
Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistanın
Demokrat Partiyasının sədri Aram Sarkisyan ABŞ-ın İrəvandakı səfiri
Riçard Millsin “münaqişənin istənilən həll variantı ərazilərin
müəyyən qisminin qaytarılması ilə nəticələnəcək” açıqlamasını şərh
edərkən çıxış edib.
A. Sarkisyan hesab edir ki, ABŞ səfirinin işğal altındakı
ərazilərin qaytarılması ilə bağlı fikirlərini təkcə öz missiyasını
başa çatdıran diplomatın son sözləri olaraq qiymətləndirmək
olmaz.
“Çünki Mills təkcə postunu tərk edən səfir yox, ATƏT-in Minsk
qrupunun həmsədr ölkəsinin nümayəndəsidir. Bu baxımdan, onun
fikirləri bütün həmsədr ölkələrin birgə mövqeyi ola bilər”, - deyə
o bildirib.
Asif