Krımda baş vermiş terror aktı ilə əlaqədar üç gün matəm elan olunub.
Publika.az xəbər verir ki, bu barədə Krımın
rəhbəri Sergey Aksenov bildirib.
Qeyd edək ki, bu gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı
baş verib. Qanlı olay texnikumun tələbəsi Vladislav Roslyakov
tərəfindən törədilib. Hadisə nəticəsinə 19 nəfər ölüb, 50-ə yaxın
insan yaralanıb.