Paytaxt əhli arasında idmansevərlər azlıq təşkil edir.

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan" Bakıda keçirdiyi sorğudan sonra bu qənaətə gəlib. 

Belə ki, sorğuda iştirak etmiş respondentlərin yarıdan çoxu idmanla məşğul olmadığını bildirib (57%). İdman etməyənlərin 60%-ni qadınlar təşkil edir. Kişilər nisbətən daha aktiv həyat sürür (46%). Ümumilikdə isə respondentlərin 43%-i idmanla məşğul olur. 

Kişilər idmanla gündəlik məşğul olur (36%). İdmansevər qadınlar isə həftədə 2-3 dəfə idman etməklə kifayətlənirlər (41%).

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az