21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşacaq.

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.

Qrupun digər oyunlarında İsrail Kosovonu, Almaniya isə İrlandiyanı qəbul edəcək. 

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 2 görüşdə heç-heçə edib.
16 oktyabr

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup


20:15. Norveç - Azərbaycan - 0:1 (İkinci hissə)
Qol:
 Fəhmin Muradbəyli, 9
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist" stadionu.

1.

Almaniya

9

7

1

1

31:7

22

2.

Norveç

9

4

2

3

14:12

14

3.

İrlandiya

9

4

2

3

12:13

14

4.

Kosovo

9

3

3

3

9:9

12

5.

İsrail

9

3

2

4

14:18

11

6.

Azərbaycan

9

0

2

7

5:26

2

Milli.Az