Ukraynanın Vinnıtsia vilayətində təlim uçuşu zamanı “Su-27” hərbi təyyarəsi qəzaya uğrayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub, axtarışlar aparılır.

“112 Ukraina” telekanalı hər iki pilotun öldüyünü xəbər verib.