İran yeni gəmi əleyhinə ballistik raket yaratmağı bacarıb.

Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə bildirib.

Generalın sözlərinə görə, raket sahildən 700 kilometr məsafədə olan gəmiləri vurmağa qadirdir. Ancaq general raketin adını və başqa təfərrüatları açıqlamayıb.