Baki Şəhər Halqası Əməliyyat Şirkəti 2019-cu ildə Bakıda keçiriləcək Formula 1 üzrə 4-cü Qran-Pri yarışlarına hazırlığa başlayıb.
Milli.Az xəbər verir ki, bu barəfə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, bu həftədən etibarən artıq yarışlara bilet satışlarına başlanılacaq.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim isə deyib ki, biletlər artıq bu gündən etibarən satışa çıxarılacaq.
O, qeyd edib ki, biletləri erkən alanlara böyük endirimlər olacaq: "4 günlük bilet alanlara 20 faizlik endirim nəzərdə tutulub. Yenə Kristal Zalda konsertlər olacaq. Yerli sakinlərə isə əlavə 25 faiz də endirim ediləcək".
İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük bilet qiymətləri tribunadan asılı olaraq 190-660 manat, azyaşlılar üçün 130-470 manat olacaq. Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80-160 manat təşkil edəcək.
İlkin İzzət
Milli.Az