Topaz Premyer Liqasının 8-ci turunun oyun proqramında dəyişiklik edilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın rəsmi məktubuna əsasən, "Sumqayıt" - "Sabah" görüşünün yerinin dəyişdirilməsinə qərar verilib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi "Bayıl Arena"da yox, "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 21-i saat 17:00-da başlayacaq.

Milli.Az