Bir neçə saat sonra Ermənistan parlamenti
buraxılacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası
məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament
seçkilərini sentyabrın 9-na təyin edib.
Prosedura görə, parlament buraxılandan 15 gün sonra baş nazir
istefa verməli, daha sonra təxminən 30 gün sonra yeni seçkilər
keçirilməlidir.
Yeni seçkilərlə Paşinyan parlamentdə müxalifətin əlindəki çoxluğu
almaq planını qurub.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, iki saat sonra
Ermənistan üçün yeni dövr başlaya bilər.
“Lakin İrəvanda siyasi çaxnaşma, qarşıdurma və gərginlik səngimək
bilmir. Paşinyan indiyə qədər yaxşı gəlib, amma onun rəqibləri
bundan sonrakı dövrdə daha sərt mövqe sərgiləyə bilərlər. Hər şey
yaxın aylarda məlum olacaq”, - deyə o bildirib.
Asif