Milli Məclis Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

Publika.az-ın xəbərinə görə, dəyişikliklər haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O deyib ki, həm “Banklar haqqında”, həm də Mülki Məcəlləyə dəyişikliklər eyni mahiyyətdədir:

“Bu məsələ komitədə müzakirə edilərkən ona əlavə və düzəlişlər təklif olundu. Maliyyə Bazarına Nəzarət Palatasının mütəxəssislərinin iştirakı ilə bu məsələ geniş müzakirə olunub”.

Daha sonra deputatlar qanun layihəsini qəbul edib.

Gülxar