Müğənni Könül Kərimova "Əməkdar artist" olması münasibətilə məclis təşkil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yığıncaq Bakının məşhur restoranlarının birində baş tutub.  

50 yaşlı müğənni şou-biznes əhlini, dostlarını və ailə üzvlərini başına yığaraq fəxri ad almasını qeyd edib. 

Qonaqlar tədbirdən sosial şəbəkələrdə fotolar paylaşaraq Kərimovanı bir daha təbrik ediblər. 

Milli.Az