"Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, qalib gələ bilmədik, onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, bu cür oyundan razı qalacaqdım".
- Qələbə üçün nə çatmadı?
- Qol vurmaq çatmadı. Futbolçularda gərginlik var idi. Deməzdim ki,
bacarıqları yoxdu. Bütün epizodlarda düzgün oynayırdılar. Sadəcə,
qol çatmadı.
- Farerlə oyunda meydana çıxan futbolçuların xidmətindən
istifadə etdiniz. Məlumdur ki, futbolçularımız 3 gündən bir fiziki
cəhətdən çatdırmırlar...
- Oyundan əvvəl bir əvəzetmə düşünmüşdüm. Rahilin yerinə Təmkini
fikirləşmişdim. Sadəcə, 2 gün əvvəl Xəlilzdadənin qızdırması 39
idi. Ancaq özünüz də gördünüz ki, sürətli oyun göstərdik.
Futbolçularımız bu rejimə öyrəşirlər.
- Oyunun sonlarına yaxın futbolçularda yorğunluq sezilirdi.
Üçüncü əvəzetməni niyə etmədiniz?
- Əvvəlki konfranslarda da bildirmişdim ki, məni Farerə gedəcəyimiz
yox, qayıdacağımız yol narahat edir. Çünki 2-ci oyuna bərpa olunmaq
üçün vaxt az qalacaqdı. Dəyişikliyə gəlincə, hesab edirəm ki, oyun
rəqib meydanında keçirsə, əvəzetmə mənfi təsir göstərə bilərdi.
- Farucia qeyd etdi ki, Azərbaycan fantastik komandadı. Bu
həqiqi mənada qəbul edirsiniz, yoxsa burda sarkazm
var?
- Məncə, bugünkü oyuna görə, futbolçularımız barədə pozitiv fikir
söyləmək olar.
- Kamran Ağayev həm Farerdə, həm də Maltayla görüşdə
səhvlərlə seçildi. Kamran həqiqətənmi kapitanlığa layiqdi? Elə
Mahir Mədətovun meydanda olması səbəbi də maraqlıdı...
- Biz təcrübəyə daha çox önəm veririk. Ağayev millinin ən çox oyun
keçirən futbolçulardan biridi. Farerlə də, Malta ilə də bəzi
səhvləri oldu. Bəli, Səlahətə etibar etmək olardı, lakin təcrübəyə
güvəndik. Mahirə isə həddən artıq böyük basqı var. Ancaq Mədətov
hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçulardan
biridi. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün
çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı.
Azarkeşlərin basqısı bu qədər ona mənfi təsir edir. Sizi əmin
edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Bu
uşaqlara güvənmək lazımdı. Bu futbolçuları qazanmaq lazımdı. İnanın
mənə ki, hər biri həddən artıq məsuliyyətlidirlər. Bəlkə də bu
məsuliyyət son nöqtəni qoymaqda mane oldu. Bütün iradları üzərimə
götürməyə hazıram.
- Qarşıdakı oyunlarda qrup qalibi olmaq şansımız nə
qədərdi?
- Mən bu komandaya inanıram. Bu gün desək ki,biz heç vaxt final
mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdu. Bu qrupda
yetirmələrimə inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun,
ancaq görmək istədiyim xarakter komandada var. Oyundan oyuna da
daha yaxşı olacağıq. Qarşıdakı 2 oyuna da qələbə üçün
çıxacağıq.
- Matçın sonunda azarkeşlər millini fitə
basdı.
- Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə
yanaşmışıq. Bizi dəstəkləmə gəlirlərsə, belə haqları var. Ancaq
futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə
basırdılar.
- Sosial şəbəkələrdə “Neftçi”nin futbolçularının millidə
şans qazanmaması birmənalı qarşılanmır.
- “Neftçi”yə həmişə simpatiyam olub və olacaq. Peşəkar futbola
“Neftçi”də başlamışam. İnanmıram ki, “Neftçi” azarkeşləri belə bir
fikir söyləyə. Milliyə cəlb etdiyim “Neftçi”nin futbolçuları
Premyer Liqada az şans qazanırlar. Heç vaxt ola bilməz ki, mən
hansısa komandanın futbolçusunu kənara atım. Hər bir futbolçuya
layiq olduğu qədər şans tanıyıram (Qol.az).