Bazar günü Nebraska ştatının Omaha şəhərində keçirilən döyüşdə 31 yaşlı boksçu Terens Krouford həmyerlisi Xose Benavidesi məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Krouford yarımyüngül çəkidə çempion titulunu qoruya bilib.

Döyüş 12-ci raundda texniki nokautla başa çatıb.

Xatırladaq ki, Krouford karyerası ərzində 34-cü qələbəsini qazanıb, onlardan 25-i nokautla olub.

Milli.Az