"Barselona"nın və Belçika millisinin futbolçusu Tomas Vermalen sıradan çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasıda İsveçrə ilə matçda zədələnən 32 yaşlı müdafiəçinin dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, o, La Liqada "Sevilya", "Real" və Çempionlar Liqasında "İnter"lə oyunları buraxacaq.

Qeyd edək ki, Belçika - İsveçrə oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az