"Monako"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, "knyazlıq" təmsilçisini Tyerri Anri çalışdıracaq. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Anri 1994-1999-cu illərdə "Monako"da oynayıb. O, 2016-ci ildən Belçika millisində məşqçi kimi çalışırdı.

Milli.Az