"Liverpul"un və Misir yığmasının futbolçusu Məhəmməd Salah fantastik qol vurub.

Metbuat.az Publika.az-a istinadla bildirir ki, futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda künc zərbəsindən birbaşa qol vurub. Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Məhəmməd Salahın adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.


Röya ilə görüntüləri yayılan Faiq ETİRAF ETDİ: O kadrlar... - FOTOLAR - Oxumaq üçün tıkla