Bu gün UEFA Millətlər Liqasında 3-cü turun növbəti oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub. Azərbaycan millisinin yer aldığı D Liqasında Belarus Lüksemburqu, Moldova isə San Marinonu qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

A Liqasında iki görüş olub. Son dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə qarşılaşıb və çətin qələbəyə sevinib.

Günün maraqla gözlənilən qarşılaşması da A Liqasında keçirilib. Xorvatiya evdə İngiltərə ilə üz-üzə gəlib. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olmuşdu. Bu komandaların öz aralarındakı dueldən isə qol səsi çıxmayıb. Bu qrupa 6 xalla İspaniya yığması başçılıq edir.

UEFA Millətlər Liqası, 3-cü tur

A Liqası
2-ci qrup

Belçika - İsveçrə 2:1

Qol: Lukaku, 58; 84 - Qavranoviç, 76.

4-cü qrup

Xorvatiya - İngiltərə 0:0

B Liqası
3-cü qrup

Avstriya - Şimali İrlandiya 1:0

Qol: Arnautoviç, 71.

C Liqası
2-ci qrup

Estoniya - Finlandiya 0:1

Qol: Pukki, 90.

Yunanıstan - Macarıstan 1:0

Qol: Mitroqlu, 65.

D Liqası
2-ci qrup

Belarus - Lüksemburq 1:0

Qol: Saroka, 43.

Moldova - San Marino 2:0

Qol: Ginsari, 31; 67.

Bombardir: Romelu Lukaku (Belçika), Aleksandar Mitroviç (Serbiya) - 4 qol.