Xarici İşlər Nazirliyi Ermənistan Baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi son fikirləri şərh edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqində keçiriləcək əməliyyatların anonsunu verib. Amerikalı rahib Endryu Branson azaldlığa buraxılıb. Ukrayna prezidenti Donbasda cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib. Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket kompleksləri ilə bağlı sensasiyalı iddia irəli sürüb.

"Ermənistan Baş nazirinin Frankafoniya təşkilatının açılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi yalan və həqiqətdən uzaq fikirlər Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir". Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan baş nazirinin Frankofoniya təşkilatının açılışında etdiyi çıxışına münasibət bildirərkən deyib.

XİN: Paşinyanın yalan fikirləri Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə ziddir