İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.

Milli.Az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard ən yaxşı futbolçu seçilib. Belçikalı oyunçu ötən ay Premyer Liqada 4 oyunda 5 qol vurub.

Ən yaxşı baş məşqçi adına isə "Vulverhempton"un çalışdırıcısı Nunu Eşpiritu Santu layiq görülüb. "Canavarlar" ötən ay 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib.

Elçin
Milli.Az