"Neftçi"nin "Futboldan kənar" layihəsinin növbəti iştirakçısı Mirabdulla Abbasov olub.

Milli.Az xəbər verir ki, gənc hücumçunun maşın təmir edən zaman çəkilən fotoları klubun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Qeyd edək ki, daha əvvəl "Futboldan kənar" layihəsində "ağ-qaralar"ın italiyalı baş məşqçisi Roberto Bordinin Bakı küçələrində çəkilmiş fotoları maraqla qarşılanmışdı.

Milli.Az