Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin
Düşənbədə MDB dövlət başçılarının sammitində tərəflər arasında
operativ əlaqənin qurulması ilə bağlı razılığa gəldi. Bu, o
deməkdir ki, tərəflərin hərbi rəhbərliyi arasında əlaqə vasitələri
qurulur və təmas xəttində gərginliyin yaranmasının qarşısı
alınır.
Yeni olan bu razılaşmanın hansı mexanizmlərlə işlədiyi məlum deyil,
hətta Paşinyanın ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağla bağlı
verdiyi açıqlamalar fonunda işləyəcəyi də sual altındadır. Lakin
belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında
mövcud idi.
Publika.az xəbər verir ki, 1993-cü ildə
Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən,
general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın
müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.
“Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışırdım. Bu, çox
lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən
idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə
danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta
prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə
danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll
olunurdu”, - deyə o bildirib.
Asif