Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla UEFA Millətlər Liqasının 3-cü tur oyunundan sonra mətbuat konfransına gəlməyib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşılaşmanın ardından stadionu tərk edib. Farer adaları Futbol Federasiyasının nümayəndəsi Olsenin jurnalistlər önünə çıxmayacağını bildirib.

Qeyd edək ki, Farer adaları Azərbaycan millisinə 0:3 hesabı ilə uduzub.

Milli.Az