Bu gün UEFA Millətlər Liqasında bəzi oyunlarla yanaşı, bir neçə yoxlama görüşü də keçirilib.

Publika.az saytının məlumatına görə, Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə millisi də qüvvəsini sınayıb.

“Ay-ulduzlular” Robert Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Argentina kapitan Lionel Messisiz İraqın qapısından 4 cavabsız top keçirib. İspaniya Uelsi səfərdə böyük hesabla məğlub edibsə, son dünya çempionu Fransa gözlənilmədən evdə İslandiyaya uduzub.

Yoldaşlıq görüşləri

11 oktyabr

Honkonq – Tailand – 0:1

Küvüyt – Livan – 1:0

BƏƏ – Honduras – 1:1

Bəhreyn – Suriya – 0:1

Türkiyə - Bosniya və Herseqovina – 0:0

Argentina – İraq – 4:0

Uels – İspaniya – 1:4

Fransa – İslandiya – 2:2