Avrasiya ölkələri parlament sədrlərinin Antalya
şəhərində keçirilən üçüncü görüşündə Ermənistan parlamentinin sədr
müavini Eduard Şarmazanovun çıxışı qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, Şarmazanov qondarma “erməni
soyqırımı” və işğal etdikləri Dağlıq Qarabağla bağlı iddialar irəli
sürüb.
O, çıxışında bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ
bölgəsində yaradılan qondarma rejimin “parlamentinin təmsilçiləri”
də bu toplantıda iştirak etməlidir.
Bu iddialara cavab verən Azərbaycan parlamentinin spikeri Oqtay
Əsədov erməni işğalını və Ermənistanın bir dövlət kimi terrorizm
meyillərini faktlarla dilə gətirib.
Oqtay Əsədovdan Ermənistan nümayəndəsinə TUTARLI CAVAB
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da erməni
nümayəndə heyətinin cavabını verib.
E.Şarmazanov tolantıdan sonra iddialarını yenə də davam etdirib. O,
“regnum” agentliyinə bildirib ki, iclasda ingilis dilində çıxış
edirdi.
“Mənə erməni dilindən tərcümə edə biləcəklərini dedilər, lakin mən
ingilis dilində çıxış etdim. Çünki fikirlərimin təhrif oluna
biləcəyindən qorxdum”, - deyə o, absurd iddialar səsləndirib.
Ermənistan nümayəndə heyətinin toplantının sonunda Birgə
Bəyannamənin səsləndirildiyi iclasa qatılmaması da diqqətdən
yayınmayıb.
Türkiyə mediasının “Antalyada Ermənistan böhranı” başlığı ilə
verdiyi xəbərlərdə Azərbaycan və Türkiyənin erməni nümayəndə
heyətinin cavabını layiqincə verdiyi qeyd olunur.