Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva verilişlərin birinə qatılaraq yardım istəyib.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi məlumata görə, aktrisa bildirib ki, xəstəlik ucbatından ona bir il işləmək qadağası qoyulub və bu səbəbdən evinin kreditini ödəyə bilmir. O, 60 min borcu olduğunu açıqlayıb.

Aparıcı Zaur Baxşəliyev isə Tünzalə üçün xeyriyyə marafanonu başlayıb. Ötən aydan başlanan kampaniya sona çatıb. Tünzalə üçün xalqın və sənət nümayəndələrinin köməyi ilə 60 min AZN toplanıb.

Bu barədə danışan "Toppuş bacı" ləqəbli aktrisa xoşbəxt olduğunu bildirib: "Başda Zaur olmaqla, hər kəsə təşəkkür edirəm. Xoşbəxtliyimi yaşayaıram. Kəndimizdə təmiz hava alıb, güclü, qüvvətli, sağlam Tünzalə qarşınıza bir də gələcək. Mənə kömək edən hər kəsə, sənət dostlarıma bir-bir təşəkkür edirəm. Evi olmayanlara, Allah ev, övladı olmayanlara, övlad qismət eləsin".

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla