Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə
Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmasında iştirak
edən 15 nəfərlik kəşfiyyat qrupu müəyyən edilib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, onların İstanbul Atatürk hava limanındakı görüntüləri
əldə olunub.
Mətbuat Ər-Riyaddan iki ayrı təyyarə ilə İstanbula gələrək geri
qayıdan şəxslərin fotolarını dərc edib.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq
üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq
binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara
Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və
cəsədinin oradan çıxarıldığı iddia olunur.
İstanbulda “öldürülən” jurnalistlə bağlı AĞILLARI QARIŞDIRACAQ ƏMƏLİYYAT: sən demə...
Ölkəsindəki hakimiyyətə müxalif olan jurnalistin yoxa çıxmasında
hadisədən 3 gün əvvəl BBC-yə verdiyi müsahibəsinin səbəb olduğu
bildirilir.
Jurnalist yoxa çıxdığı gündən - oktyabrın 2-dən 3 gün əvvəl
Londonda keçirilən bir konfransda verdiyi müsahibəsində ölkəsində
həbs olunanların müxalif belə olmadığını bildirmişdi.
“Səudiyyə Ərəbistanında böyük bir dəyişiklik yaşanır. Bu, daha
əvvəl heç görmədiyimiz bir şeydir. Tənqidi fikirlərlə çıxış edən
jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu
hadisələr insanları qorxudur. Bir çox dostum səbəbsiz həbs olunub.
Buna görə də Səudiyyə Ərəbistanına dönmürəm. Mən yalnız bir
jurnalistəm. Danışmaq və yazmaq azadlığına sahib bir jurnalistəm.
“Vaşinqton Post” qəzeti mənə bir meydan verdi və orada öz
düşüncələrimi azad şəkildə yazıram. Kaş ki, bu fürsət mənə öz
ölkəmdə verilsəydi”, - o vurğulayıb.