Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. “Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Ermənistanın baş naziri Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyən edilib. Böyük Britaniya Rusiya da daxil olmaqla, daha güclü silahlı qüvvələrlə ölkələrlə döyüşlərə hazırlaşmaq üçün Omanda hərbi təlimlər keçirir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. Bu ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

“Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Ən güclü 100 Hərbi-Hava Qüvvəsinin yer aldığı siyahıda Azərbaycan 62-ci yerdədir.

Siyahıda düşmən ölkə Ermənistan 85-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb. Türkiyə isə dünyanın ən güclü 10-cu hava qüvvələrinə sahibdir.

Reytinqin ilk onluğu aşağıdakı kimidir:

Dünyanın ən güclü hərbi hava qüvvələri AÇIQLANDI: Ermənistan 85-ci, Azərbaycan... - SİYAHI