ARB TV-nin "Kim var, Kim yox?" verilişinin növbəti qonağı müğənni Niyam Salami olub.

Milli.Az bildirir ki, müğənni yaş artdıqca insanın çox şeyi dərk etdiyini qeyd edib:

"Küçədə ac olan heyvanlar var. Onsuz nəyisə götürüb zibilə atacaqsan, ac olan heyvanlar var, nə olar, atma. Küçədə sınıq budaq da görsəm, bilsəm ki, düzətsəm, düzələr, gedib onu düzəldirəm. Sadəcə, tənbəllik etmirəm. O da yaş keçdikcə məndə olur. Elə insan var deyirlər ki, dələduz olur, sözə qulaq asmır. Bir az keçdikdən sonra yaş özünü göstərir.

Mən də gəncliyimdə, məktəbdə oxuyanda, nə qədər yalan danışmışam, günah işlətmişəm, qarışqa öldürmüşəm, heyvan yuvası dağıtmışam. Uşaqlıqda qanmırsan. Sonra yavaş-yavaş deyirsən ki, olmaz. Gərək insanın həyatında tormoz deyilən bir şey olsun".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Nə qədər yuva dağıtmışam" - Niyam Salami