“ARB” televiziyasında Sevda Rəsulqızının və Murad Həşimovun təqdimatında “Günə Doğru” səhər xəbər şousunda ötən günki məşhur döyüşlə bağlı uduş keçirilib.

Metbuat.az xəbər verir ki, ötən gün olan döyüş dünyada səs-küylə qarşılanıb. Belə ki, Rusiyalı Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqorla döyüşüb. "UFC-229" çempionatı çərçivəsində baş tutan döyüşdə Həbib Nurməhəmmədov rəqibinə qarşı boğucu fənd tətbiq edərək qalib gəlib.

Bu döyüşlə bağlı “Günə doğru” verilişi tamaşaçılar arasında müsabiqə keçirərək qalibin adını ilk açıqlayana hədiyyə verəcəyini bildirib. Tamaşaçılardan 2 nəfər qalib gəlib.

Verilişdən daha ətraflı video təqdim edirik:


"O qədər əxlaqsız insanlar var ki, örtülü geyimin altında gizlənirlər" - Afaq Aslan / VİDEO - Oxumaq üçün tıkla