"Real"ın futbolçusu İskonun "El-Klassiko"da oynayıb-oynamayacağı müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi La Liqanın 10-cu turunda "Barselona" ilə matça kimi hazır olacaq.
Qeyd edək ki, İsko kor bağırsağından əməliyyat olunub. Bu səbəbdən o, son üç görüşü buraxıb.
Əlavə edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 28-i keçiriləcək.
Milli.Az