"Liverpool"un baş məşqçisi Yurqen Kloppun Premyer Liqada "Manchester City"yə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı təşkil olunub.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Klopp jurnalistlərlə görüşdə bunları deyib:

"İndi çempionluq haqda düşünmək məntiqli deyil. Qarşıda oyunlarımız çoxdur. "City" ilə bizi çətin oyun gözləyir. Onlara hörmətlə yanaşırıq. Fikrimcə, futbol insanlar üçün bir əyləncədir. Oynadığımız oyundan insanlar zövq ala bilmirsə, nə üçün meydana çıxırıq? Bu matç azarkeşlərin zövq ala biləcəyi bir qarşılaşma olacaq".

"Liverpool" - "Manchester City" matçı bu gün, sat 19:30-da keçiriləcək. 

Milli.Az