Suriya müxalifləri əsas istinadgahları olan İdlibdən ağır hərbi texnikanı çıxarmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Bildirilir ki, müxalif qüvvələrin cəmləşdiyi cəbhə Rusiya və Türkiyə arasında razılaşdırılmış hərbi zonanı tərk etməyə başlayıb. Onlar ərazidə postlarını saxlamaqda davam edəcəklər.