Böyük Britaniya və Almaniya hökumətləri Rusiya kəşfiyyatının ünvanına kiberhücumlarla bağlı ittihamlardan sonra bu ölkə barəsində yeni sanksiyaların tətbiqi haqqında danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu haqda “Blomberg” agentliyini bildirib.
“Biz tədbir görməyə hazır olmalıyıq, müstəqil və ya müttəfiqlərlə”, - Britaniyanın baş naziri Tereza Meyin müavini Devid Lidinqton deyib.
Həmçinin, Almaniya hökumətinin rəsmisi Şteffen Zaybert təsdiq edib ki, Almaniya Avropadan olan partnyorlarla Rusiya barəsində yeni sanksiyaların tətbiqi məsələsini müzakirə edir.
“Almaniya hökuməti əmindir ki, Rusiyanın hərbi kəşfiyyatı bu yaxınlarda həyata keçirilən kiberhücumlara görə məsuliyyət daşıyır”, - o bildirib.
Daha əvvəl Niderlandın Müdafiə Nazirliyi açıqlayıb ki, ölkənin xüsusi xidmət orqanları Kimyəvi silahın qadağası üzrə Təşkilata haker hücumunun qarşısını almağı bacarıb. İdarədən bildiriblər ki, hücumu Rusiyanın 4 vətəndaşı həyata keçirməyə çalışırdı.
Rusiyanın ünvanına ittihamlarla həmçinin ABŞ və Kanada çıxış edib.