"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq sağalıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, qabonlu hücumçunun İngiltərə Premyer Liqasının 8-ci turunda "Fulhem"lə matçda oynamağa hazır olduğu bildirilib.
Qeyd edək ki, Obameyanq xəstə olduğu üçün Avroliqanın 2-ci turunda "Qarabağ"la görüşü buraxmışdı.
Milli.Az