Rusiyanın İnquşetiya subyektində əhali etiraz
aksiyalarına başlayıb.
Publika.az xəbər verir ki, buna səbəb İnquşetiya
torpaqlarının Çeçenistana verilməsidir.
SSRİ-nin dağılmasından sonra Çeçenistanla İnquşetiya arasında
sərhəd xəttinə görə qarşıdurma başlayıb.
Sentyabrın 26-da İnquşetiya və Çeçenistan rəhbərliyi sərhədlə bağlı
razılığa gəlib və inquşlara məxsus torpağın bir qismini çeçenlərə
verib.
İnquşetiya rəhbərliyi bu razılaşmanı uğurlu adlandırsa da, əhali
buna etiraz edir. Dünən axşam saatlarında əhali parlament binasının
önünə toplaşıb. Səhərə qədər binanın önündə qalan etirazçıların
aksiyası davam edir.
Paytaxt Maqasa polis qüvvələri və xüsusi təyinatlılar yeridilib,
lakin etirazçılar “dağılışın” xəbərdarlığını qəbul etməyiblər.
Hazırda inquşlar şəhərin küçələrində etiraz aksiyası keçirir.
Asif