Dəhşətli PLANIN DETALLARI, görünməyən SİLAHLA ÖLÜM… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
05 Oktyabr 2018, 20:03·1 baxış·4 dəq oxu
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan baş
nazirinin həyat yoldaşı A.Hakopyanın işğal olunmuş ərazilərimizə
qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar RF Xarici İşlər
Nazirliyi (XİN) qarşısında məsələ qaldıracaq. ABŞ radikal islamı
ölkə üçün başlıca təhlükə adlandırıb. "Şimal axını 2” qaz kəməri
işə düşsə, Kiyev ehtiyat planını işə salacaq. Rusiya və Hindistan
arasında S-400 “Triumf” raketdən müdafiə sistemlərinin tədarükü ilə
bağlı razılaşma imzalanıb.
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan baş
nazirinin həyat yoldaşı A.Hakopyanın işğal olunmuş ərazilərimizə
qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar RF Xarici İşlər
Nazirliyi (XİN) qarşısında məsələ qaldıracaq. Bunu
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Leyla Abdullayeva bildirib.
Azərbaycan XİN-dən Paşinyanın arvadına CAVAB: Rusiya XİN qarşısında məsələ qaldırılacaq
Suriyada PKK/PYD terror təşkilatını 19 min TIR və 5
min yük təyyarəsi silah-sursatla təmin edən ABŞ Şimali İraqın
Sincar bölgəsində “ikinci Qəndil” qurmaq istəyir.
2014-cü ilin avqustunda İŞİD bəhanəsi ilə PKK tərəfindən işğal
edilən Sincarda terror təşkilatının varlığı gələcəkdə Türkiyənin
milli təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər.
Türkiyənin cənubi-şərqinə hakim olacaq və... – ABŞ-ın dəhşətli PLANININ DETALLARI ORTAYA ÇIXDI
Rəsmi Vaşinqton Rusiyanın Suriyaya S-300 zenit raket
kompleksləri yerləşdirməsinə cavab məqsədilə İsrailə əlavə olaraq
yeni nəsil F-35 qırıcılarının verilməsinə hazırlaşır.
Pentaqon İsrailə F-35-lərin çatdırılmasının operativliyini təmin
etmək məqsədilə qırıcıların ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətdə
olan eskadriliyasının tərkibindən verilməsini qərara alıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp qırıcıların İsrailə
dərhal çatdırılması üçün göstəriş verib. Ağ Ev bu addımı Suriya
ordusunun HHM imkanlarının gücləndirilməsinə baxmayaraq, ABŞ-ın
İsrailin Suriyada təşkil etdiyi əməliyyatları dəstəkləmək qərarının
qəti olduğunu nümayiş etdirmək məqsədilə atdığı bildirilir.
Suriyaya tədarük edilən S-300-lər İsrail
aviasiyasını izləmək gücündə deyillər. Bunu
jurnalistlərə açıqlamasında İsrail Regional Əməkdaşlıq naziri Saxi
Xaneqbi deyib.
“Bu komplekslər bizim aviasiyamızın qarşısını ala bilməyəcək.
Bizim Hərbi Hava Qüvvələrimizin əməliyyat imkanları o cürdür ki,
S-300-lər onların effektivliyinin qarşısını ala bilməz. S-300-lər
hətta İsraildəki F-35-ləri də izləmək gücündə deyil. Biz strateji
planlaşdırmamızda çoxdan bu sistemlərin imkanlarını nəzərə alırıq”,
– deyə o bildirib.
ABŞ-ın terrorizmlə mübarizə ilə bağlı yeni
strategiyasında radikal islamın ölkə üçün başlıca təhlükə olduğu
qeyd edilir. Bu sözləri ABŞ Prezidentinin milli
təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Radikal islam terrorçu qrupları aparıcı təhlükə olaraq qalır”,
– deyə Bolton bildirib.
O, eyni zamanda İŞİD üzərində qələbədən, onun praktiki olaraq
məhv edilməsindən də bəhs edib.
Rusiya və Hindistan arasında S-400 “Triumf” raketdən
müdafiə sistemlərinin tədarükü ilə bağlı razılaşma
imzalanıb. Razılaşma Rusiya Prezidenti Vladimir
Putinlə Hindistan Baş naziri Narendra Modi arasında Dehlidə
imzalanıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müqavilənin 5
milyard dollar dəyərində olduğunu bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidentinin müşaviri
Yuri Uşakov Vladimir Putinin Hindistana səfəri zamanı S-400
raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı 5 milyard
dollarlıq müqavilə imzalanacağını bildirmişdi.
Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında
reformların vacibliyini təsdiqləyiblər. Bu sözlər
Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra
Modinin birgə bəyanatında yer alıb. Bəyanatda reformların müasir
dünya nizamını özündə əks etdirməsi üçün vacib olduğu
bildirilib:
“BMT TŞ qlobal çağırışlara daha effektiv reaksiya verməlidir.
Rusiyanın Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə
daxil olması ilə bağlı dəstəyi dəyişməz olaraq qalır”.
Alimlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bioloji
silah - genetik modifikasiya olunmuş virusun yayılması üçün
həşəratların yaradılması üzərində iş aparmasına şübhə edirlər.
İstehsalçıların özləri isə iddia edirlər ki, texnologiya bitkilərin
xüsusiyyətlərinin yaxşılaşması üçün lazımdır və yalnız fayda üçün
istifadə olunacaq. Fransada Təkamül Elmləri İnstitutu
və Almaniya Frayburq Universitetinin alimlərinin sözlərinə görə,
ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni
texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri
Agentliyi (Defence Advanced Research Project Agency - DARPA)
“Həşərat-müttəfiqlər” (Insect Allies) layihəsi çərçivəsində genetik
modifikasiya olunmuş virusların yayılması üçün istifadə edilmiş ola
bilərlər.
Alimlər öz qorxularını “Science” jurnalında dərc olunan məqalədə
ifadə ediblər.
Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Əgər “Şimal axını 2” qaz kəməri işə düşsə, Kiyev
ehtiyat planını işə salacaq. Bunu jurnalistlərə
açıqlamasında Ukraynanın “Naftoqaz” şirkətinin kommersiya direktoru
Yuri Vitrenko deyib. Onun sözlərinə görə, Kiyevin ehtiyat planı
Rusiyadan 12 milyard dollar kompensasiya tələb etməkdir.
O, Kiyevin bu kompensasiya hesabına öz zərərlərini
qarşılayacağını bildirib.
Ukrayna 1,5 kilometr uçuş məsafəsi olan raket
yaratmağa qadirdir. Bu haqda hərbi ekspert və yazıçı
Valentina Badrak “UkrLife” onlayn-nəşrinə müsahibəsində
bildirib.
“Hətta deyərdim ki, Ukrayna artıq 1,5 min kilometr uçuş məsafəsi
olan raketi yaratmaq imkanına və qabiliyyətinə nail olub. Bu raket
Moskvaya qədər çata bilər”, - o deyib.