ARB TV-nin “Show News” verilişinin növbəti qonağı
müğənni Aysun İsmayılova olub.
Publika.az Aysun uzun müddət söz-söhbətə səbəb
olacaq odlu-alovlu açıqlamalar verib:
“Bugünkü günü mənim əslində bir ordum var. Mənim bəziləri kimi
İnstaqram izləyicilərimin heç biri saxta deyil. Məsələn, mənə heç
kim deyə bilməz ki, yolda gedəndə “şəkil çəkdirək”, - deyənə yox
deyim. Kim yaxınlaşır deyirəm gəl, hələ qucaqlaşırıq da...”
Aysun eyni zamanda Azərbaycanda çəkilən yerli filimləri ələ
salıb:
“Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı
yerində gülməyi, gülməli yerində isə ağlamağı gəlir. Azərbaycanda
türklərin çəkdiyi bir filmə çəkildim. O filmin üstündən 10 il
keçib, film hələ də ortada yoxdur. Nə də heç kimin pulunu
verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər
kəsə bir katec tutulmuşdu. Dedim ki, qala bilmərəm camaatla. Mən
özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı işçimin və sürücümün
pulunu ödədim. Hələ o vaxt bu qədər tanınmırdım. Onunla belə
kişinin oğlu mənə kontakta 400 manat yazıb. Neynirəm sənin 400
manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim qurbandır,
istəmirəm. Biabırçılıq...”.