Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına mane
olacaqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan Ermənistanın belə bir
imkanının olduğunu deyib.
“Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
üzvü, yaxud müşahidəçisi olmayacaq. Azərbaycan bununla bağlı
təşkilata müraciət etsə, biz buna mane olacağıq. Ermənistan heç
vaxt icazə verməyəcək ki, Bakı bizim üçün ən vacib hərbi-siyasi
təşkilatda üzv olsun, yaxud müşahidəçi statusu alsın. Azərbaycanın
bu hərbi ittifaqa daxil olması ilə bağlı söhbətlərin əsası yoxdur”,
- deyə o bildirib.
Asif