ATƏT Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbəti şərh edib. Ermənistanda 6 nazir istefaya göndərilib. Ermənistan Respublikaçılar Partiyası növbədənkənar seçkilərin 2019-cu il maydan əvvəl keçirilməsini qeyri-real adlandırıb. Rusiya “S-300” zenit-raket komplekslərini Suriyaya çatdırıb. BMT beynəlxalq məhkəməsi ABŞ-dan İran barəsində bir sıra sanksiyaları ləğv etməyi tələb edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc nizamlanması üçün bütün səylərini alqışlayır. Bu barədə ATƏT-dən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsi nizamlanması prosesinə mümkün təsiri barədə Trend-in sualını cavablandırarkən deyiblər.

Cavabda bildirilir: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik köməyi göstərməyə hazırdırlar”.

Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə fəal kömək edirdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dövründə həqiqətən də irəliləyişə nail olunmuşdu. Lakin Paşinyanın hakimiyyətə gəlilişi Bakı, İrəvan və Moskva arasında münaqşənin həlli ilə bağlı nail olunmuş razılaşmaları zərbə altında qoydu. İndi bu razılaşmanın bərpa olunmasına cəhdlər edilir. Razılaşmada işğal olunmuş Qarabağ ətrafındakı rayonlardan beşinin Azərbaycana qaytarılması nəzərdə tutulurdu”. Bu barədə Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin deyib.

5 rayon azad ediləcək, əgər... - Kremlin ideoloqu Bakı və Moskvanın PLANINI AÇDI