“Ermənistan tarix boyu qonşu ölkələrə qarşı ərazi
iddiaları irəli sürüb”.
Publika.az-a açıqlamasında bu barədə “Bakı Xəbər”
qəzetinin baş redaktoru Aydın Quliyev Ermənistanın Gürcüstanın
ərazi bütövlüyünə qarşı addımlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan adlı dövlətin yaranması da məhz
qonşu ölkələrin – Azərbaycan və Gürcüstanın ərazilərinin
mənimsənilməsi ilə həyata keçirilib.
“Ermənilər hələ də “böyük ermənistan” xülyalarından əl çəkmir, bunu
reallaşdırmaq üçün hər cür xainliyi etməyə hazır vəziyyətdə
gözləyirlər. İşğalçı Ermənistan Azərbaycan torpaqlarının 20 faizini
zəbt edir, lakin onlar bununla kifayətlənmir, qonşu ölkələrə -
Türkiyəyə, Gürcüstana qarşı da ərazi iddiaları irəli sürürlər. Bu
gün Ermənistanın əsas hədəflərindən biri Gürcüstanın Cavaxetiya
bölgəsini ələ keçirməkdir. Buna görə də Cavaxetiyadakı ermənilərin
separatizm fəaliyyətinə dövlət səviyyəsində dəstək verilir”, - deyə
o bildirib.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin
separatçı Abxaziyanın rəhbərliyinə təbrik məktubu göndərməsinə
münasibət bildirən A.Quliyev qeyd edib ki, əslində bu məktub
Ermənistan XİN-də hazırlanıb: “Abxaziya və Cənubi Osetiyada
separatizm meyllərini dəstəklənməsi “böyük ermənistan” xülyasının
bir hissəsidir”.
Asif