Bu gün futzal üzrə Çempionlar Liqasında əsas mərhələyə start veriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz" da turnirdə ilk oyununu keçirəcək. 8-ci qrupda yer alan Joze Alesionun komandası Litva çempionu "Vitis"lə üz-üzə gələcək. Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə 17:30-da start götürəcək.
Qeyd edək ki, "Araz" oktyabrın 4-də "Valletta" (Malta), 2 gün sonra isə "Luçenec"lə (Slovakiya) qarşılaşacaq. Bütün oyunlar "Sportova hala Arena"da keçiriləcək.
Futzal üzrə Çempionlar Liqası
I tur
3 oktyabr
17:30. "Araz" (Azərbaycan) - "Vytis" (Litva)
Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya) və David Şaerli (İsveçrə)
Luçeneç. "Sportova Hala Arena"
Milli.Az