"Arsenal"ın zədəli qapıçısı Peter Çexin durumuna aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən təcrübəli qolkiperin dizaltı vətərlərində zədə aşkarlanıb. Çexiyalı qapıçının 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Xatırladaq ki, "Arsenal" Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. London klubu oktyabrın 4-də Bakıda Ağdam təmsilçisi ilə qarşılaşacaq.

Milli.Az