Batumidə təşkil olunan 43-cü Şahmat Olimpiadasında bu gün 8-ci turun qarşılaşmaları keçirilib.
Milli.Az xəbər verir ki, 7 turdan sonra 1-ci yeri bölüşən kişilərdən ibarət yığmamız turnirin reytinq-favoriti ABŞ-la üz-üzə gəlib. Azərbaycan yığması məğlub olub.
ABŞ - Azərbaycan 2.5 -1.5
Fabiano Karuana - Şəhriyar Məmmədyarov 1 - 0
Teymur Rəcəbov - Uesli So 1 - 0
Hikaru Nakamura - Arkadi Naydiç 0.5 - 0.5
Rauf Məmmədov - Samuel Şenklend 0 - 1
Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.
Milli.Az