Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Bakıya gəlməyəcək.
Publika.az xəbər verir ki, bu barədə ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen şəxsi “twitter” hesabından məlumat verib:
“Mənə məlumat veriblər ki, Mxitaryan Azərbaycana səyahət
etməyəcək. Bu, futbolçunun Azərbaycan - Ermənistan münaqişəsi
səbəbindən təhlükəsizlik məqsədiylə verdiyi şəxsi qərarıdır”.
Karen 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının Bakıda
keçiriləcək finalında iştirakının da sual altında olduğunu
deyib:
“Arsenal” Avropa Liqasının final oyununa vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı saat 20:55-də start götürəcək. (Komanda.az)