Formula 1 çempionu Hemiltonun işçilərindən biri olan 30 yaşlı qız BMW markalı avtomobili ilə qəzaya düşərək ölüb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, 2 ildən çoxdur ki, Hemiltonla birlikdə işləyən Keyt VudKak avtomobilini yanacaq doldurma məntəqəsinin divarına çırpıb.

Həmçinin modelliklə də məşğul olan Keytin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Keyt dəfələrlə Formula 1 yarışlarının keçirildiyi şəhərlərə gedərək oyunu reklam edib.

Milli.Az onun fotolarını təqdim edir:

Emin
Milli.Az