ARB TV-nin “Boş Anlar” verlişinin növbəti qonağı aktyor
Fərda Xudaverdiyev olub.
Publika.az xəbər verir ki, Fərda çətin günlər
yaşadığını deyib:
“Borclarım var. Həm də çoxdur. Yəqin ki, Allah güc verəcək
işləyəcəyik, necə ki, bu gün işləyirik. Bunların öhdəsindən
gələcəyik. Kimsə bizi çağırıb “Ay böyük sənətkar, bağladım
borclarını” deyəsi deyil. Mənə maşın hədiyyə olunanda mən
sevincimdən yerə-göyə sığmırdım. O insanlara bir daha təşəkkür
edirəm. Maşınım hələ də kreditdədir. Bizi sadəcə rahatladan
şöhrətimizdir”.